"2020ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barreli ötəcək"


Digərləri 24 Noy 2017 00:45:00 645 0

"2020ci ilədək qlobal neft tələbatı gündəlik 100 milyon barreli ötəcək"

2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barreli ötəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.

O qeyd edib ki, 2020-ci ilə qədər qlobat neft tələbatının gündəlik 100 milyon barreli ötəcəyi proqnozlaşdırılır. 2040-cı ilə qədər isə bu göstərici 111 milyon barrel səviyyəsinə çatacaq. Bu artan tələbatın əksəriyyəti inkişaf etməkdə olan ölkələrdən formalaşacaq.