Yaponiyada 6 bala yaxın zəlzələ baş verib


Dünya 23 Noy 2017 23:59:00 367 0

Yaponiyada 6 bala yaxın zəlzələ baş verib

Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat yoxdur

Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.