Bu məzarı hörmətsizlik hesab edirsinizmi?


Digərləri 23 Noy 2017 23:35:00 305 0

Bu məzarı hörmətsizlik hesab edirsinizmi?

İtaliyada 61 yaşında vəfat etmiş gey haqları müdafiəçisi Carlo Annoni-nin Komo bölgəsindəki məzarı ictimai fikri ikiyə parçalayıb.

Son.az BBC-yə istinadən bildirir ki, Carlo Annoninin əri məzarın daha rəngarəng olmasını istəyib. Lakin tənqidçilər bunun zövqsüz olduğunu hesab edir.

"Dediyimi gender ayrıseçkiliyi saymayın, lakin bu qəbir sanki adamın gözünə girir, o, az qala başqa mərhumlara və qəbiristanlığa gələnlərə həqarətdir", - sağ təmayüllü Forza İtaliya partiyasından yerli bələdiyyənin üzvü deyib.

Andrea Ballabio məzarların rənglərini müəyyən edən qaydaların tətbiqini istəyir. Annoni ailəsinin tərəfdarları belə təşəbbüsün əleyhinədir.

Britaniyada Dartmoor milli parkında baş daşları.

36 il ərzində cənab Annoni-nin partnyoru olmuş Corrado Spanger "sevgi və sədaqəti ifadə etmək üçün daha rəngarəng" qəbir görmək istədiyini deyir.

Tarixi olaraq Avropanın məzarlıqlarında işlədilən daşlar boz rəngdə olub.

Lakin hazırda idxal daş seçimini genişləndirib.

Ənənələr

Meksikada hər il mərhumların xatirəsinə üç gün davam edən şənliklər həsr olunur.

Bu, məşhur Día de los Muertos - yəni Ölülər günü karnavalıdır.

Bu mərasim vaxtı məzarlar bəzədəlir, şamlar yandırılır. Hesab olunur ki, bu günlərdə ölülərin ruhu yaşadığı yerlərə qayıdır.

Onları şadlandırmaq məqsədilə ləziz yeməklər hazırlanır.