Azərbaycan sərhədinin yaxınlığındakı


Dünya 23 Noy 2017 23:21:00 263 0

Azərbaycan sərhədinin yaxınlığındakı

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda  iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb  borc pul olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.      Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.   "Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb", - deyə mənbə bildirib.     Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.