Həlli mümkün olmayan imtahan tapşırığı araşdırılır


Digərləri 23 Noy 2017 22:35:00 258 0

Həlli mümkün olmayan imtahan tapşırığı araşdırılır

Yeni Zelandiya Təhsil naziri şagirdlərin göz yaşına səbəb olmuş imtahanla bağlı araşdırma aparılamsına əmr verib.

Dövlət Təhsil Nailiyyətləri Sertifakatı (NCEA) üzrə 1-ci səviyyəli riyaziyyat imtahanı ölkə məktəblərində bazar ertəsi günü keçirilib.

Həmin imtahan Yeni Zelandiyada standart ümumtəhsil orta məktəb kvalifikasiya imtahanı sayılır.

Lakin şagirdlər imtahndan sonra şikayət ediblər ki, bəzi tapşırıqları həll etmək "qeyri-mümkün" olub və onlara həmin tapşırıqlardakı məfumlar dərsdə keçilməyib, New Zeland Herald xəbər verib.

Şagirdlərin dediyinə görə, "tapışırıqları başa düşmək bəzən mümkün olmayıb", bəzi hesablamaların aparılması üçün isə məlumat çatışmayıb, tapşırıqlarda dərs proqramına daxil olmayan suallar və mövzular olub.

Tapşırıqlardan birinə kvadrat tənlik daxil edilib, lakin bu tənlik yalnız 2-ci səviyyəli imtahanda şagirdlərə verilməli idi.

Son.az BBC-yə istinadən bildirir ki, Yeni Zelandiya Təhsil Nazirliyinə və həmin imtahanı tərtibləmiş Yeni Zelandiya Kvalifikasiyalar İdarəsinə (NZQA) ünvanlanmış açıq məktuba indiyədək 22 riyaziyyat müəllimi imza atıb.

Yeni Zelandiyada ilk dəfə deyil ki, belə hallar baş verir və Təhsil naziri Chris Hipkins məsələ ilə bağlı tam hesabat tələb edib.