Sabirabadda avtomobil beton dirəyə çırpıldı


Digərləri 23 Noy 2017 22:39:00 267 0

Sabirabadda avtomobil beton dirəyə çırpıldı

Axşam saatlarında Sabirabad rayonunun Cavad kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılovun idarə etdiyi  "VAZ 2107" markalı avtomobil dəmir-beton dirəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Qədirov Davud müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.