Donald Tramp əfv etdi (FOTO)


Digərləri 23 Noy 2017 21:58:14 230 0

Donald Tramp əfv etdi (FOTO)

Hər il noyabr ayının sonuncu cümə axşamı Birləşmiş Ştatlarda Şükranlıq Günü qeyd edilir.

Bakı. Hər il noyabr ayının sonuncu cümə axşamı Amerika Birləşmiş Ştatlarında (ABŞ) Şükranlıq Günü qeyd edilir. Trend-in məlumatına görə, Şükranlıq Gününün nisbətən yeni ənənələrindən biri ABŞ prezidenti tərəfindən Ağ Evdə bayram şam yeməyi üçün nəzərdə tutulan hinduşkaların "əfv edilməsi" hesab olunur. Ağ Evin çəhrayı bağında baş tutan 70-ci "təntənəli əfv etmə" mərasimində Donald Tramp iki hinduşkanı əfv edib. Mərasimdə D.Trampın ailə üzvləri də iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin