Sabirabadda yol qəzasında 2 nəfər yaralanıb


Sosial 23 Noy 2017 21:35:28 262 0

Sabirabadda yol qəzasında 2 nəfər yaralanıb

Hadisə rayonun Cavad kəndi ərazisində qeydə alınıb

Sabirabadda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək dəmir-beton dirəyə çırpılıb. Nəticədə rayonun Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılov və digər 1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.