İbrətli gülüş


Digərləri 23 Noy 2017 21:20:00 386 0

İbrətli gülüş

Yusifin (ə) qardaşları onu quyuya atmaq istəyən zaman Yusif (ə) gülür. Qardaşları bu cür şəraitdə necə gülə bildiyinə təəccüb etdilər. Ondan bu gülüşün səbəbini soruşdular.

Yusif (ə) dedi: "Unutmuram ki, bir gün siz qardaşlarımın güclü biləklərinə nəzər salmışdım və sevinmişdim. Öz-özümə demişdim ki, hər kimin belə güclü yavəri olar, çətin hadisələrdən niyə qorxmalıdır ki?   O günü sizə söykəndim və güclü bilərəklərinizə ürək bağladım. İndi isə sizin əlinizdə qərar tutmuşam. Allah sizi mənə hakim etmişdir ki, Ondan qeyrisinə, hətta qardaşlarıma belə söykənməməyi öyrənəm". (Həvzəh)   Allah Təala Öz lütf nəzərlərini cəmi məzlumlara salsın, inşəallah.