Əməkdar artist KÖVRƏLDİ: "Bilsəm ki, itirdiklərimi orada tapacağam ölmək istəyərəm" FOTO


Şou-biznes 23 Noy 2017 21:01:00 319 0

Əməkdar artist KÖVRƏLDİ: "Bilsəm ki, itirdiklərimi orada tapacağam ölmək istəyərəm"  FOTO

“Son zamanlar nədənsə kövrək olmuşam”

Əməkdar artist Zöhrə Abdullayevanın Son.az-a müsahibəsi.

- Zöhrə xanım, həmişə sərt danışırsınız. Bu xasiyyətinizə görə siz sevməyənlər var?

- Bir insanı hamı sevə bilməz ki. Məni sevənlərin də, sevməyənlərin də Allah canını sağ etsin. Mən danışmayım, sən danışma bəs kim danışsın? Olan şeyi deyirəm də. Heç kimə böhtan atıb, qeybət etmirəm ki. Sual verirlər, cavab verirəm. Hamısına da düzgün cavab verirəm. Dildir də, ola bilər ki, kiminsə xətrinə dəymişəm. Məni sevmirlərsə, deməli ki, bir səbəb vardır.

- Nədir o səbəb?

- Vallah mənim heç kimə pisliyim dəyməyib. Heç pisliyi bacarmıram da. Mənə elə gəlir ki, məni çox istəyirlər.

- Zöhrə xanım, məhərrəm ayı artıq bitib. Toylara dəvətləriniz gəlib?

- Mən uzun zamandır ki, toylara getmirəm. Çünki toyların səviyyəsi çox düşüb. Tamaşaçıların musiqi duyumu azalıb, müğənnini dinləmirlər. Amma əvvəllər belə deyildi. Biz o vaxtı toylar oxuyanda xanəndəni diqqətlə dinləyirdilər. Bugünkü gündə toyda gəlib mahnını kəsib, elə bir səviyyəsiz mahnı istəyir ki, məətəl qalıram. Sonuncu dəfə toy oxuyanda gəlib məndən "O yana döndər, bu yana döndər" adlı bir mahnı istədilər. Mən axı o səpkili müğənni deyiləm.

- Dediyiniz axı xalq mahnısıdır.

- Xeyr, mən bildim siz hansı mahnını deyirsiniz. Bu mahnı yeni çıxıb. "Sağa döndərdi, sola döndərdi" nədir bilmirəm. Sırf toy mahnısı olduğunu bilirəm. Bilsəydim, oxuyacaqdım, sadəcə, bilmirdim.

- Ümumiyyətlə, gəncləri dinləmirsiz?

- Mənim bu sənətdə çox sevdiyim, dinlədiyim və səsindən doymadığım müğənnilər var. Təbii ki, dinləmədiyim müğənnilər də var. "Ç", "c" hərflərini düzgün tələffüz etməyəndə əsəbləşirəm, dinləyə bilmirəm. Elə titullu müğənnilər var ki, düzgün ifa etmirlər.


Xəbərə aid fotolar