Səudiyyə Ərəbistanında şaxta olacaq


Digərləri 23 Noy 2017 20:22:00 238 0

Səudiyyə Ərəbistanında şaxta olacaq

Səudiyyə Ərəbistanında bu qış qeyri-adi soyuq hava proqnozlaşdırılır.

Bakı. Səudiyyə Ərəbistanında bu qış qeyri-adi soyuq hava proqnozlaşdırılır. Trend-in məlumatına görə, isti və quru iqlimə malik adada 5 dərəcə şaxta gözlənilir. Krallığın meteoroloji xidməti havaların daha çox ölkənin şimalında soyuyacağını bildirir. Qeyd edək ki, bu həftə Səudiyyə Ərəbistanında güclü yağışlar başlayıb. Leysan nəticəsində paytaxt Ər-Riyad da daxil olmaqla, ölkənin bir sıra hissələrini su basıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin