Park Cinemada “Black Friday”! Burak Özçivitin iştiraki ilə keçiriləcək Qala Gecəyə 50% endirim!


Digərləri 23 Noy 2017 19:40:00 350 0

Park Cinemada “Black Friday”! Burak Özçivitin iştiraki ilə keçiriləcək Qala Gecəyə 50% endirim!

Heç kimə sirr deyil ki, hər il 24 noyabr tarixində bütün dünyada Black Friday aksiyası keçirilir və bu aksiya çərçivəsində böyük endirimlərdən faydalanmaq mümkündür. Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olan Park Cinema həmçinin bu aksiyaya qoşularaq səbirsizliklə gözlənilən "Kardeşim Benim 2" filminin möhtəşəm qala gecəsinə biletlərin qiymətinə 3 günlük - 24,25,26 noyabr tarixləri üçün yarı qiymətinə endirim edir!

30 noyabr saat 19:00-da tanınmış türk aktyorları Burak Özçivit, Fahriyye Evcen və digərlərinin iştirak edəcəyi "Kardeşim Benim 2" filminin qala gecəsi baş tutacaq.

Sevimli türk aktyorlarını səbirsizliklə gözləyən pərəstişkarlara şad xəbər. Park Cinema hər kəsə endirimdən faydalanamq fürsəti verir və artıq sevimli aktyorları görmək və onlarla ünsiyyət qurmaq hər kəs üçün əlçatandır. Standart zallarda 50 AZN dəyərində olan yerlərin qiyməti - 25 AZN, Azercell IMAX zalda ulduzlarla birgə seans 70 AZN əvəzinə - 35 AZN, ulduzlarla birgə cocktail party-də iştirak isə 200 AZN əvəzinə 100 AZN-ə endirilmişdir. Biletləri həm online, həm də Park Cinema kinoteartlar şəbəkəsinin bütün kassalarında əldə etmək olar!