Moskvada nazirlik binası təxliyə olundu


Digərləri 23 Noy 2017 19:08:00 263 0

Moskvada nazirlik binası təxliyə olundu

Moskvada anonim xəbərdarlıqdan sonra Əmək Nazirliyinin binası təxliyə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, paytaxt Fövqəladə Xidməti təxliyəni bu dəfə anonim zəngə əsasən aparmayıb. Belə ki, Xidmətin verdiyi məlumata görə, nazirlik binasına bomba qoyulması barədə elektron məktub qəbul edilib.

Qeyd olunur ki, bütün əməkdaşlar binadan çıxarıldıqdan sonra axtarışlar aparılıb.