"Miss Top Model Azerbaijan2018"in ikinci kastinqinin tarixi məlum oldu


Digərləri 23 Noy 2017 19:00:00 302 0

"Miss Top Model Azerbaijan2018"in ikinci kastinqinin tarixi məlum oldu

"Miss Top Model Azerbaijan-2018" müsabiqəsinin ikinci kastinqinin tarixi və yeri məlum oldu.

Milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2018"-in ikinci və son kastinqi 26 noyabr saat 16:00-da "Zeppelin Wine Bar" klubunda keçiriləcək.

Müsabiqənin təşkilatçıları bildirib: ""Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər".

Xatırladaq ki, 17 iyun final gecəsində - "Miss Top Model Azerbaijan-2017" adını Ceyhunə Əliyeva qazanmışdır.

Müsabiqənin iştirakçıları keçən il olduğu kimi, bu il də qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.


Xəbərə aid foto