"Biz bir ailəyik"


Kriminal 23 Noy 2017 18:48:00 253 0

"Biz bir ailəyik"

Dekabrın 1 -də Heydər Əliyev Sarayında "Biz bir ailəyik" adlı konsert keçiriləcək. 3 dekabr "Beynəlxalq Əlillər Günü" münasibəti ilə keçiriləcək konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə Daun sindromlu uşaqların "Günəş uşaqları" adlı rəqs qrupu, "İstedadlı əlillər" cəmiyyətinin əlilləri, 1saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış edəcəklər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət "Könül dünyamız" ansamblı müşaiyət edəcək.