Rusiya XİN: Qarabağ münaqişəsi üzərində işlər daim davam etdirilir


Siyasət 23 Noy 2017 18:25:30 248 0

Rusiya XİN: Qarabağ münaqişəsi üzərində işlər daim davam etdirilir

Mariya Zaxarova: "Bizim üçün Qarabağ münaqişəsinin nizamlanması mövzusu prioritetdir"

"Dağlıq Qarabağ münaqişəsi üzərində işlər daim davam etdirilir".

"Report" xəbər verir ki, Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

"Son iki həftə ərzində diplomatik aktivlik bir o qədər də müşahidə edilmir. Sizin televiziya və mətbuat konfranslarında aktivliyi müşahidə etməyiniz üçün çox böyük cari işlər görülməlidir. O, həftələri əhatə etmir, daim aparılır", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu prioritetdir.