Bakının mərkəzindəki kafedə


Digərləri 23 Noy 2017 17:52:00 221 0

Bakının mərkəzindəki kafedə

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Neftçilər küçəsi, 5 ünvanındakı "Şüşəli" kafedə Saatlı rayon sakini,1991-ci il təvəllüdlü Abdullayev Azər Rəhim oğlu onunla birgə fəhlə işləyən İlqar adlı şəxs tərəfindən bıçaqlanıb. Bıçaq A.Abdullayevin qaraciyərini zədələyib. Zərərçəkmiş aldığı xəsarətlə "Caspian Hospital"a çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.