Özil "Barcelona"dan istədiyi məvacibin məbləğini açıqladı


İdman 23 Noy 2017 17:49:00 278 0

Özil "Barcelona"dan istədiyi məvacibin məbləğini açıqladı

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil "Barcelona"nın təklifi üzərində düşünür. Goal.az "As" nəşrinə istinadən əxəbər verir ki, 29 yaşlı havbek katalon klubundan illik 10 milyon avro məvacib istəyir. Bu məbləğ vergitutulmadan sonra qalmalıdır. "Barcelona" bu şərti qəanətbəxş hesab edir. "Arsenal" da transferə görə 20 milyon avro tələb edir. Özillə "Manchester United" də maraqlanır. London klubu onu prinsipial rəqibinə satmaqdansa, İspaniya Primerasına göndərməyi daha məqsədəuyğun hesab edir.