MN: Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgərin meyiti Ermənistan tərəfdə tapılıb


Siyasət 23 Noy 2017 17:30:57 276 0

MN: Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgərin meyiti Ermənistan tərəfdə tapılıb

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir

 Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.