Azərbaycanın ordusunun əsgərinin meyiti tapıldı


Digərləri 23 Noy 2017 17:38:00 234 0

Azərbaycanın ordusunun əsgərinin meyiti tapıldı

Azərbaycanın ordusunun əsgərinin meyiti tapılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.