Saxladığı qadınla əlbir olub, 5 yaşlı qızını yandırdı VİDEO


Dünya 23 Noy 2017 17:20:00 251 0

Saxladığı qadınla əlbir olub, 5 yaşlı qızını yandırdı  VİDEO

İstanbulda atası və atasının sevgilisinin işgəncəsinə məruz qalan 5 yaşlı qız uşağı məhkəmədəkilərin çölə çıxarılması ilə verdiyi ifadəylə dəhşətə gətirib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 5 yaşlı qız prosesdə: "Məni niyə döydüklərini bilmirdim, nadinclik etdiyim üçün ola bilər. Çox ağrınırdım" deyib.

Şübhəli ata "Qızım anasız qaldıqdan sonra atasız böyüməsin deyə onu uşaq evinə vermədim. İstəmədim ata sevgisinə həsrət qalsın" deyib. O, iddiaları qəbul etməyib. 

Sentyabr ayında 5 yaşlı doğma qızı S.S.K.-nın üzərinə qaynar su töküb yandırdığı, dişlərini qırdığı və bədənində siqaret söndürdüyü iddia edilən ata İbrahim K. və birlikdə yaşadığı Hatice T.-nın məhkəmə prosesi qeyri-müəyyən tarixə qədər təxirə salınıb. 

Məhəmməd Vaqif