Robben: "Ola bilsin, karyeramı bu mövsüm başa çatan kimi bitirərəm"


İdman 23 Noy 2017 17:12:00 289 0

Robben: "Ola bilsin, karyeramı bu mövsüm başa çatan kimi bitirərəm"

"Bayern Munich"in yarımmüdafiəçisi Aryen Robben gələcək planı barədə danışıb. Goal.az xəbər verir ki, "Bild" nəşrinə açıqlamasında holland futbolçu bunları deyib:

"Ola bilsin, karyeramı bu mövsüm başa çatan kimi bitirərəm. Bəlkə də, məni yeni bir şey gözləyir və "Bavariya"da daha 3 il oynaram. Hər şey mümkündür. Sadəcə olaraq növbəti oyuna baxıram. Daha irəli boylanmaq istəmirəm. Yüksək səviyyədə mümkün qədər çox oynamaq və futboldan həzz almaq istəyirəm. Bunun nə qədər davam edəcəyini deyə bilməyəcəm".