Azərbaycanla Benilüks arasında saziş imzalandı FOTO


Siyasət 23 Noy 2017 16:20:00 221 0

Azərbaycanla Benilüks arasında saziş imzalandı  FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Son.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, saziş Benilüks ölkələrinin Brüsseldə yerləşən Baş Katibliyinin binasında, Azərbaycan tərəfindən səfir Fuad İsgəndərov, Niderlandın Belçikadakı səfiri Maryem Van den Heuvel, Belçika tərəfindən bu ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Fransua Ru, Lüksemburq Böyük Hersoqluğu tərəfindən Lüksemburq Böyük Hersoqluğunun Avropa İttifaqı yanında daimi nümayəndəsi Jorj Friden tərəfindən imzalanıb.

Sənədin imzalanması minlərlə xidməti pasport sahiblərinin bu ölkələrin ərazilərinə vizasız gediş-gəlişi üçün imkan yaradacaq.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar