"Boca Juniors"un ultras azarkeşi öldürülüb - FOTO


İdman 23 Noy 2017 16:30:00 316 0

"Boca Juniors"un ultras azarkeşi öldürülüb - FOTO

"Boca Juniors" klubunun ultras azarkeş qrupuna rəhbərlik edən Qustavo Pereyra qətlə yetirilib. Goal.az xəbər verir ki, onun cəsədi Buenos-Ayres ətrafında yerləşən evində öldürülüb. Vaxtilə argentinalı boksçu Rodriqo Barriosun cangüdəni olmuş 49 yaşlı Pereyra anası ilə yaşayırmış. Onun anası naməlum şəxs tərəfindən qapıya çağrılıb və güllələnib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Polis hadisə yerində 8 güllə gilizi aşkar edib.