Keçmiş MTN generalı məhkəmədə ifadə verdi FOTO


Digərləri 23 Noy 2017 15:15:00 493 0

Keçmiş MTN generalı məhkəmədə ifadə verdi  FOTO

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dinləmə epizodu ilə bağlı araşdırma aparılıb.

Sonra təqsirləndirilən şəxslərdən T.Quliyev və N.Alıyev ifadə verib.

Hazırda iclasda fasilə elan olunub.


Xəbərə aid foto