Nura Surinin ETİRAFLARI: “Kişi olsaydım, bilərdim” MÜSAHİBƏ


Şou-biznes 23 Noy 2017 14:01:00 256 0

Nura Surinin ETİRAFLARI: “Kişi olsaydım, bilərdim”  MÜSAHİBƏ

Nura Suri etiraf edib ki, risk etməyi sevir, çıxılmaz vəziyyətə düşəndə isə dərhal bir yol tapır. Və heç vaxt heç kimə icazə vermir ki, kimsə övladlarına güldən ağır söz desin!

Son.az xəbər verir ki, publika.az-ın "Üç nöqtə" layihəsi çərçivəsində yarımçıq qalan sualları müğənni Nura Suri tamamlayıb.

- İndiki ağlım olsaydı... - İnsanları daha yaxından tanıyar və çoxuna etibar etməzdim.

- Zəmanət verə bilərəm ki... - Sən saydığını say, gör fələk nə sayır! Heç nəyə tam zəmanət verə bilmərəm.

- Dünyanı dəyişmək imkanım olsaydı... - Dünyanı insanların qəzəbindən və nifrətindən xilas edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki... - Kişi olsaydım, cavabını bilərdim.

- O zaman riskə gedirəm ki... - Risk etməyi sevirəm, hər zaman riskə gedirəm və yenə gedərəm.

- Çıxılmaz vəziyyətə düşəndə... - Beynim dərhal çıxış yolu axtarıb tapır.

- Seviləsi qadın olmağın ilkin şərti... - İlk növbədə çəkici olmaqdır.

- Qadınlar yaşını ona görə gizlədir ki... - Mən gizlətmirəm, odur ki, səbəbini deyə bilmərəm.

- Qadına qarşı şiddət... -Acizlikdir!

- Vicdanıma and olsun ki... - Niyyətim safdır.

- Təəssüf edirəm ki... - Sirr qalsın.

- Vanqa nənə ilə görüşsəydim... - Suallarım çox olardı.

- Küsülü olduğum insana demək istəyirəm ki... - Sözüm yoxdur.