Milli dünya çempionatından kənarda qaldı, baş məşqçi istefa verdi


İdman 23 Noy 2017 13:26:00 309 0

Milli dünya çempionatından kənarda qaldı, baş məşqçi istefa verdi

Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib. Goal.az xəbər verir ki, 36 yaşlı mütəxəsis komandanı 2018-ci il dünya çempionatına çıxara bilmədiyinə görə postunu tərk edib. Yeni Zelandiya pley-off oyunlarında Peru ilə bacarmamışdı.

"Dünya çempionatının seçmə mərhələsində məqsədə çata bilmədik. Deməliyəm ki, futbolçular və personalla hədsiz dərəcədə fəxr edirəm. Onlar möhtəşəm idi. Onlar birlik göstərdi, qürurla və cəsarətlə oynadılar. Komandanın bu illər ərzində göstərdiyi səylər alqışa layiqdir. Yeni Zelandiyanın dünya arenasında uğur qazana biləcək komandası var" - Hadson qeyd edib.