"Rusiyanın Krımı almağa haqqı çatırsa, Azərbaycanın da Qarabağı qaytarmaq haqqı var" Zabelin


Siyasət 23 Noy 2017 13:18:08 340 0

"Rusiyanın Krımı almağa haqqı çatırsa, Azərbaycanın da Qarabağı qaytarmaq haqqı var"  Zabelin

Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.   "Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Qeyd olundu ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır", - deyə Azərbaycandakı Rus İcmasının sədri vurğulayıb.   M. Zabelin Qarabağ müharibəsi zamanı Azərbaycanda olan bütün xalqların, din nümayəndələrinin vətən torpağı uğrunda vuruşduğunu qeyd edib. 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində