Bakıda antiradarların satışı ilə məşğul olan dəstə tutuldu FOTO


Digərləri 23 Noy 2017 12:53:00 269 0

Bakıda antiradarların satışı ilə məşğul olan dəstə tutuldu  FOTO

Azərbaycanda avtomobil yollarında təhlükəsizliyin daha etibarlı təmin olunması, həmçinin sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan və istifadəsinə qanunla icazə verilməyən antiradarların satışını təşkil edən şəxslərin müəyyən edilərək ifşa olunması məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Adları çəkilən şəxslər antiradarların satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, avtomobil yollarında quraşdırılan radarlar sürücülərin sürət həddini aşmalarının qarşısını alan ölçü cihazlarıdır. Avtomobilə quraşdırılan antiradarlar isə sürücünün müəyyən olunmuş sürət həddini aşmasına şərait yaradır ki, bununla da həmin sürücü özünün və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmış olur.


Xəbərə aid fotolar