Hökumət dekabrın 1-də deputatlara cavab verəcək


İqtisadiyyat 23 Noy 2017 12:48:28 266 0

Hökumət dekabrın 1-də deputatlara cavab verəcək

Spiker Oqtay Əsədov: "Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin"

Azərbaycan hökumətinin 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib: "Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin".

Maliyyə naziri Samir Şərifov da bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: "Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndirləcək".