Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olundu


Digərləri 23 Noy 2017 12:45:00 255 0

Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olundu

Deputatların ezamiyyə xərclərinin arıtırılması təklif olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə parlamentdə Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, parlamentin işləri yalnız planlı şəkildə həyata keçirilmir: "Plansız çoxlu tədbirlər çıxır. Bu, dünyada və regionda baş verən hadisələrlə əlaqəlidir. Hər hansı hadisə baş verdikdə, o zaman ezamiyyətlərin sayı çoxala bilir. Əgər biz 2018-ci ildə 10 ezam planlaşdırırıqsa, bu rəqəm 20-30 da ola bilər. Bunun üçün əlavə maliyyə ayrılmalıdır. Maliyyə artıq olduğu təqdirdə yenidən büdcəyə qayıdacaq. Bildiyiniz kimi, son dövrlər beynəlxalq parlamentlərdə, təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarlar qəbul olunub. Bunu səfirlik və digər qurumların öhdəsinə verə bilmərik. Bu baxımdan deputatlar həmin yerlərə ezam olunmalıdır. Bunun üçün də maliyyə lazımdır".