Xaricdə təhsil sərgisi keçirilib


Digərləri 23 Noy 2017 12:40:00 228 0

Xaricdə təhsil sərgisi keçirilib

Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə xaricdə təhsil sərgisi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə xaricdə təhsil sərgisi keçirilib. Trend-in məlumatına görə, sərgi iştirakçıları 10-dan artıq ölkənin 100-dən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər. Sərgidə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edib. Sərgidə paralel olaraq gün ərzində xarici mütəxəssislər tərəfindən İsveçrədə turizm təhsili, Almaniyada inkişaf imtahanları, Polşada təhsil mövzularında seminarlar keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin