Məktəblilərin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib


Digərləri 23 Noy 2017 12:37:53 220 0

Məktəblilərin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub. BŞTİ və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiya ümumi təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü, bilik və bacarıqlarını inkişaf etdirmək, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq məqsədlərinə xidmət edib. Fərqli yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalarda qısa mühazirələr oxunub və bir çox yaradıcı oyunlar keçirilib. Ekskursiyalar zamanı məktəblilərə YARAT Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçirilib. Mərkəzdə təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək də öyrədilib. Ekskursiya çərçivəsində şagirdlərin bədii qiraət ustaları, tanınmış idmançılar və digər ziyalı şəxslərlə görüşləri də təşkil olunub. YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaların yaxın zamanda davam etdirilməsi nəzərdə tutulur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin