UEFA Mersesayd klubunu cəzalandırdı


İdman 23 Noy 2017 12:30:00 295 0

UEFA Mersesayd klubunu cəzalandırdı

UEFA "Everton" klubunu cəzalandırıb. Goal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Lyon"la oyunda (1:2) ingilis azarkeşlərdən birinin hərəkəti kluba baha başa gəlib. Oktyabrın 19-da baş tutmuş matçda futbolçular arasında yaranmış mübahisəyə qucağında uşaq tutan azarkeş də qoşulmuş və "Lyon"un qapıçısı Antoni Lopeşi vurmuşdu. Bu səbəbdən UEFA Mersesayd klubuna 30 min avro cərimə kəsib.