“Gecə yatanda da çıxartmıram” Elza Seyidcahanı özünə valeh edən sırğa VİDEO FOTO


Şou-biznes 23 Noy 2017 12:03:00 301 0

“Gecə yatanda da çıxartmıram”  Elza Seyidcahanı özünə valeh edən sırğa  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi əməkdar artist Elza Seyidcahan olub. Son.az xəbər verir ki, Geyimlərinin əksəriyyətinin xaricdən, bacıları tərəfindən göndərildiyini deyən əməkdar artist soyadını eynəyində də əks etdirməyə nail olub. "Eynəyimi bacım Amerikadan mənim üçün hədiyyə gətirib. Eynəkdəki "S" Seyidcahan anlamına gəlir. Bilirsiz ki, geyimlərinin əksəriyyətini bacılarım xaricdən gətirirlər. Qəribə, mənə uyğun bir aksessuar olanda nəinki bacılarım, hətta rəfiqələrim də həmin aksessuarları mənə hədiyyə edirlər. Qulağımdakı bu sırğanı gecə yatanda da çıxartmıram. Maraqlı bir sırğa olan kimi həmin dəqiqə mənə müraciət edirlər ki, tez gəlin, sizə uyğun bir aksessuar var". - Elza xanım, bu gün sizi makiyajsız gördük. Eynəyi buna görə taxmısız, yoxsa tamam başqa bir səbəb var? - Eynəyim sındığı üçün bu eynəyi taxdım. Ümumiyyətlə, eynəklərim çoxdur. Yəni mən makiyajsızlığımdan utanmıram. Bu eynək də makiyaj deməkdir. Üz quruluşunu tamamlayır. Xanım üçün bir bəzəkdir. Çox makiyajım olsaydı, eynək taxsaydım, artıq görünərdi". Elza Seyidcahanla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.