Tbilisidə antitteror əməliyyatı keçirilmiş binaya sakinlər hələ də buraxılmırlar


Dünya 23 Noy 2017 11:50:48 292 0

Tbilisidə antitteror əməliyyatı keçirilmiş binaya sakinlər hələ də buraxılmırlar

Binada axtarışlar davam edir

Tbilisidə ötən gün terrorçuların gizləndiyi və antiterror əməiyyatı keçirilən binanın sakinləri hələ də yaşadıqları mənzillərə buraxılmırlar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu sakinlərdən biri deyib.

“Səhərdən sakinlər bura toplaşıb. Onlar evlərinə getmək istəyirlər. Ancaq xüsusi təyinatlılar icazə vermir. Onlar deyir ki, hər mənzildə dərindən axtarış aparılır. Bizə hətta avtomobilimizidə həyətədən çıxarmağa icazə vermirlər. Bu çox dəhşətli gecə idi. Hamı qorxmuşdu”, - deyə sakinlərdən biri Gürcüstan televiziyasına açıqlamasında bildirib.

Tbilis meri Kaxa Kaladze zərərçəkmiş sakinlərin müvəqqəti yaşayış yeri ilə təmin edəcəyini vəd verib. 

Qeyd edək ki, noyabrın 22-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə antiterror əməliyyat keçirib. 17 saat davam edən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib, biri tutulub. Xüsusi təyinatlı dəsətnin bir əməkdaşı həlak olub, 3-ü yaralanıb.