Rəşad Sadıqov: "Bir anda hər şey pozuldu"


İdman 23 Noy 2017 11:46:00 296 0

Rəşad Sadıqov: "Bir anda hər şey pozuldu"

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində öz meydanında “Chelsea”yə məğlub olub. Matçın 19-cu dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Qarabağ" 

“Oyunu iki hissəyə bölmək olar: Qırmızı vərəqə və ondan sonra. Qırmızı vərəqəyədək hər şey əla idi, oyuna nəzarət edirdik. Amma bir anda hər şey pozuldu”.

 

- Əksəriyyət həmin epziodda penalti olduğunu desə də, qırmızı vərəqəyə layiq olmadığını düşünür. Həmin anda hakimə nə dedin?

- Mən də qırmızı vərəqəlik bir şey olmadığını bildirdim. İkimiz də topa getdik, bəlkə də rəqibi bir az tutmuşdum. Yaxşı, penalti olduğunu başa düşdük. Qırmızı vərəqə ağır qərar deyilmi? Qarın epizoduna penalti verirsə, gərək bütün epizodlarda oyunu saxlayasan. Elə penalti olur? Qaranın epizodunda da penalti yox idi. Biz heç vaxt hakimlikdən danışmırıq, sadəcə, emosiyalarımı saxlaya bilmirəm.

 

- “Qarabağ”ın bəxtsiz komanda olduğunu etiraf edirsən?

- Hakimlər avrokuboklarda bizə qarşı çox sərt mövqe tutur. Bir neçə epizod yada sala bilərik ki, bizə qarşı haqsızlıq ediblər. İkinci epziodda ümumiyyətlə penalti yox idi. Son 10 ildə belə penalti görməmişəm. Buna nə şərh verəcəyimi bilmirəm.

 

- Sonuncu oyununuzu “Roma”ya qarşı keçirəcəksiniz. Fikirləriniz necədir?

- Çətin oyun olacaq. Bu gün yaxşı nəticə qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirdik. Çox məyusuq. Daha ağır məğlubiyyət olacağını düşünsəm də, uşaqlar yaxşı mübarizə apardılar. “Roma” ilə oyunda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.