Fransa XİN Dağlıq Qarabağdakı qondarma rejimi tanımır


Siyasət 23 Noy 2017 11:45:00 302 0

Fransa XİN Dağlıq Qarabağdakı qondarma rejimi tanımır

Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağdakı qondarma rejimi tanımırıq.

Son.az xəbər verir ki, bunu Trend-ə Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə bildirilir ki, hökumət Alforvil bələdiyyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Alforvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak ediblər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində