Britaniyanın nəhəng iqtisadi güclərin siyahısında reytinqi düşdü


Dünya 23 Noy 2017 11:13:00 263 0

Britaniyanın nəhəng iqtisadi güclərin siyahısında reytinqi düşdü

Böyük Britaniya 2017-ci il üzrə dünyanın ən nəhəng iqtisadi güclərinin siyahısında yerini itirərək beşlikdən çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xəzinədarlıq İdarəsinin kansleri Filip Xemmond Beynəlxaql Valyuta Fondunun məlumatlarına istindən xəbər verib.

Reytinqdə Fransa Böyük Britaniyanı 2,575 trilyon dollar ÜDM göstəricisi ilə qabaqlayıb. Müvafiq olaraq Britaniyada isə ÜDM göstəricisi 2,565n trilyon olub.

F.Xemmond bildirib ki, statistika Böyük Britaniyada iqtisadi artımın kəskin zəifləməsindən xəbər verir. Onun sözlərinə görə, bu, ölkənin Avropa İttifaqından çıxma qproseduru ilə bağlıdır.