Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında dəyişiklik baş verib


İqtisadiyyat 23 Noy 2017 11:06:24 242 0

Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında dəyişiklik baş verib

ABŞ 19,4 trln. dollarlıq iqtisadiyyatla dünya lideridir

Dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında B.Britaniya 5-ci sıradakı yerini Fransaya verməli olub. "Report" CNN telekanalında istinadən xəbər verir ki, bu açıqlamanı Fransa Xəzinədarlığının katibi Filip Hammond (Philip Hammond) verib.

F.Hammond Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına istinadən bildirib ki, Fransa reytinq sıralamasında 2,575 trln. dollarlıq iqtisadiyyatı ilə 2,565 trln. dollarlıq iqtisadiyyata sahib olan Briytaniyanı ötüb. Xəzinədarlıqdan verilən açıqlamaya əsasən, bu iki ölkənin iqtisadiyyatları arasında fərqin az olmasına baxmayaraq, 2018-ci ildə Fransanın mövqeyinin möhkəmlənməsi proqnozlaşdırılır.

Hammonda görə, statistika Britaniya iqtisadiyyatının kəskin yavaşladığını göstərir. Buna səbəb Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) prosesidir. Nəticədə, funt sterlinqin məzənnəsi azalıb, istehlak xərcləri geriləyib, qymətlər isə əksinə, artıb.

IMF-in hesabatına görə, dünyanın ən iri 5 iqtisadiyyatı siyahısında 19,4 trln. dollarla ABŞ iqtisadiyyatı liderlik edir. İkinci sırada Çin (11,9 trln. dollar), 3-cü sırada Yaponiya (4,9 trln.dollar), 4-cü sırada isə Almaniya (3,7 trln. dollar) qərarlaşıb.