İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tbilisidə məhv edilib


Dünya 23 Noy 2017 10:54:24 319 0

İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tbilisidə məhv edilib

Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilənlərdən biri “Tək qol” ləqəbli Əhməd Receboviç Çatayevdir

Ötən gün Gürcüstanda keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən çeçen əsilli 3 terrorçudan biri İstanbulun Atatürk hava limanında törədilən terror aktını planlaşdıran “Tək qol” ləqəbli Əhməd Receboviç Çatayevdir.

“Report” xəbər verir ki, bunu "Haberturk" yazıb.

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstəbaşçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib.

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.