Türkiyə və İran nümayəndələri arasında İNSİDENT


Dünya 23 Noy 2017 10:47:00 215 0

Türkiyə və İran nümayəndələri arasında İNSİDENT

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası Prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxartmağa çalışıb.

Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən, dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.