Xınalıqda 22 sm hündürlükdə qar yağıb - FAKTİKİ HAVA
Sosial 23 Noy 2017 10:01:28 308 0
Hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Zabrat, Binə, Montində 1, Lənkəran-Astara zonasında 1-42, Böyük Qafqazda 2-25, Kiçik Qafqazda 6-9, Mərkəzi-Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4, Qazax-Gəncə zonasında 1-3 mm olub.
Qar örtüyünün hündürlüyü Sarıbaş, Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib.