Bakı Ali Neft Məktəbi və HeriotVatt Universitetinin əməkdaşlığı 2021ci ilədək uzadıldı


Digərləri 23 Noy 2017 10:14:00 348 0

Bakı Ali Neft Məktəbi və HeriotVatt Universitetinin əməkdaşlığı 2021ci ilədək uzadıldı

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin əməkdaşlıq etdiyi Heriot - Vatt universitetinin (HVU) nümayəndələri ilə görüşüb. BANM-də baş tutan görüşdə HVU-nin "Neft-qaz mühəndisliyi" ixtisası üzrə magistr proqramının direktoru Qreym Vayt , "Kimya mühəndisliyi" fakültəsinin dosenti, "Kömürün çıxarılması və saxlanması" üzrə innovasiyalar mərkəzinin rəhbəri Qreym Kolli, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.

Son.az xəbər verir ki, rektor Elmar Qasımov görüşdə HVU ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə atılmış addımların böyük uğur gətirdiyini bildirib. Görüş çərçivəsində əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı HVU-nin Ali Məktəbin tələbələrini təmin etdiyi proqram təminatından, proqramda yeniliklər və əlavələrdən danışılıb, proqram keyfiyyətinin qorunub saxlanılmasına dair addımlar müəyyənləşdirilib. Həmçinin cari ildə BANM-də HVU-nin proqramı əsasında fəaliyyətə başlayan magistratura şöbəsinin növbəti semestr proqramı təsdiq edilib və gələcək müdafiə işləri müzakirə edilərək öz həllini tapib.

Sonda prof. Qreym Vayt Elmar Qasımova tərəflər arasında əməkdaşlığın 2021-ci ilədək uzadılmasını əks etdirən sertifikat təqdim edib. Sertifikat BANM-in HVU-nin təsdiq olunmuş akademik proqramlarını tədris etmək hüququnu bir daha təsdiq edir.