Bakıda yaşlı qadını vuran sürücü qaçdı


Digərləri 23 Noy 2017 09:47:00 173 0

Bakıda yaşlı qadını vuran sürücü qaçdı

Bakıda ahıl qadını avtomobil vuraraq qaçıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Balaxanı qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Babayeva Rəfiqə Fərhad qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alıb. 

Hadisəni törədən sürücü yaralıya kömək göstərmək əvəzinə, hadisə yerini avtomobili ilə birlikdə tərk edib. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.