Bakının bu küçəsi yenə qazsız qaldı VİDEO FOTO


Digərləri 23 Noy 2017 09:31:02 227 0

Bakının bu küçəsi yenə qazsız qaldı  VİDEO  FOTO

Bakının Nərimanov rayonundakı Əliyar Əliyev küçəsinin sakinləri bu gün yenə təbii qaz təminatı ilə bağlı problem yaşayır.

Son.az-a müraciət edən sakinlər havalar soyuyandan bəri təbii qaza az qala həsrət qaldıqlarını deyiblər.

Dünən axşam isə saat 19.20 radələrindən etibarən Ə.Əliyev küçəsindəki mənzillərdə və evlərdə təbii qazın təzyiqi həddən artıq aşağı düşüb.

"Qaz artıq "közərmə" vəziyyətindədir, sanki, kibrit çöpü yandırırıq", - sakinlər deyiblər.


Xəbərə aid fotolar