Almaniya uşaqların “ağıllı” saatlar daşımasına qadağa qoydu


Digərləri 23 Noy 2017 08:59:00 267 0

Almaniya uşaqların “ağıllı” saatlar daşımasına qadağa qoydu

Almaniyanın Telekommunikasiya Agentliyi rəsmi olaraq uşaqların "ağıllı" saatlar daşımasına qadağa qoyub.

Son.az lent.az-a istinadən xəbər verir ki, qurum artıq alınmış cihazları məhv etməyi də xahiş edib.

Agentlik "ağıllı" saatları dinlənilə biləcək cihazların siyahısına əlavə edib. Rəsmi məlumata əsasən, 5-12 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş cihazlar izlənilmə və xəfiyyəlik üçün istifadə oluna bilər.

Almaniya qanunlarına əsasən, icazəsiz olaraq şəxsi söhbətlərin yazılması cinayət hesab edilir.