Bakıda avtobus piyada zolağından keçən ahıl qadını vuraraq öldürüb
Sosial 23 Noy 2017 08:03:30 230 0
Faktla bağlı cinayət işi başlanılıb
Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.
Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən təxminən 60-65 yaşlı qadını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.
Mənbə: report.az