"Vicdan haqqı"nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"


Şou-biznes 22 Noy 2017 20:36:00 335 0

"Vicdan haqqı"nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"

ATV-də yayımlanan "Vicdan haqqı" serialının Nərmini - Yağmur Şahbazova canlandırdığı obrazın insanlar tərəfindən birmənalı qarşılanmadığını deyib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən gənc aktrisa sosial şəbəkədə və getdiyi məkanlarda insanların sərt reaksiyası ilə qarşılaşdığını deyib:

"Adamlara elə gəlir ki, oynadığım obrazın taleyini real həyatda da yaşayıram. Bu yaxınlarda xəstəxanaya getmişdim, bir qadın mənə yaxınlaşıb, məzəmmət etdi. Dedi ki, bu nə hərəkətdir etmisən, səni valideynlərin Türkiyəyə oxumağa göndərmişdi, amma sən sevgilindən hamilə qalıb, geri qayıtdın. "Xanım, bu obrazdır, həyatda belə hadisə baş verməyib", - deyə başa salmağa çalışsam da inanmadı. Elə dediyini deyib durdu.

Sosial şəbəkədə də yazırlar ki, Vüsal səni xilas etdi, amma ondan boşanmaq istəyirsən. Hətta mənə yalvaranlar da olub. Deyiblər ki, bilirik, qayınananın sənə münasibəti pisdir, amma Vüsal yaxşı oğlandır, səni sevir, ondan ayrılma. Vüsalla real həyatda evlənməyimizi istəyən tamaşaçılar var. Onlara başa salmaq olmur ki, sevgi sifarişlə deyil, gərək arada hisslər olsun. Biz Vüsalla həyatda dostuq, sevgili deyilik".