Rusiya dolların bahalaşmasından narahat deyil


İqtisadiyyat 22 Noy 2017 20:27:26 262 0

Rusiya dolların bahalaşmasından narahat deyil

Elvira Nabiullinanın fikrincə, əsas amil neftin qiymətidir

Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin artması fonunda ABŞ dollarının bahalaşmasında risk görmədiyini bildirib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Bankının rəhbəri Elvira Nabiullina verib.

Nabiullina bildirib ki, ölkədə dolların bahalaşması dünyanın inkişaf etməkdə olan əksər ölkələrinin valyutalarına nəzərən dollarının möhkəmlənməsi fonunda baş verir: "İnkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə dolların möhkəmlənməsi Rusiyada da baş verə bilər və bunun təsiri cüzi olacaq. Bu təsir neft qiymətlərinin Rusiyada dolların məzənnəsinə təsiri ilə müqayisədə passiv xarakter daşıyacaq".